Paşinyan Putinə məktub göndərib
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.
Belə ki, moderatorun “bu günlərdə Paşinyan Fransa və İran prezidentləri ilə danışıb, sizinlə də təması olubmu?” sualına Putin Paşinyanın ona ətraflı məktub göndərdiyini açıqlayıb:
"Biz onunla təmasdayıq. Ermənistanla, Baş nazir Paşinyanla heç bir problemimiz yoxdur".