Bayramov Tatyana Molcean ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycanın BMT orqanları sistemində, o cümlədən Avropa İqtisadi Komissiyasında fəal mövqeyini yüksək qiymətləndiriblər.
Həmçinin, Azərbaycanın Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqrama (SPECA) 2023-cü ildə sədrliyi, üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.