“İrəvan Bakının sülh sazişi ilə bağlı təkliflərinə..." - Paşinyan
“İrəvan ağlabatan müddətdə sülh sazişi ilə bağlı təkliflərini Bakıya təqdim edəcək. Sülh region ölkələrinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin edə biləcək yeganə məsələdir”.
Demedia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
“Ermənistan Azərbaycandan sülh sazişinin mətni ilə bağlı yeni təkliflər alıb. Biz bunun üzərində işləyəcəyik və ağlabatan vaxt ərzində təkliflərimizi təqdim edəcəyik. Regionumuzda sülhün alternativi yoxdur, bu, region ölkələrinin təhlükəsizliyini və ərazi bütövlüyünü təmin edən yeganə həll yoludur”, - o qeyd edib.