Aİ İrana qarşı sanksiyaları genişləndirib
Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkəyə qarşı sanksiyaları genişləndirib.
Demedia.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan məqalədə deyilir.
Bildirilib ki, İranın 6 təşkilatı və 4 fiziki şəxsi sanksiya siyahısına daxil edilib. Xüsusilə, İranın müxtəlif bölgələrindəki həbsxanalara, eləcə də bu ölkənin təhlükəsizlik qüvvələrinin yüksək rütbəli nümayəndələrinə qarşı sanksiya qüvvəyə minib.