Bu sistemlərdən Xankəndiyə atəş açılması barədə məlumatlar yalandır - MN
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.
Bu barədə Demedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.