Roma Statutu maraqlarımıza uyğundur - Paşinyan



 20:24 24.09.2023     291

Roma Statutunun ratifikasiyası Rusiya və KTMT-yə qarşı yönəlməyib.

Demedia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Roma Statutunun ratifikasiyası haqqında qərar 2022-ci ilin dekabrında, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlığının mexanizmlərinin Ermənistanın xarici təhlükəsizliyini qorumaq üçün yetərli olmadığı hamıya bəlli olanda qəbul edilib:

“Bunun ratifikasiyası Ermənistana Beynəlxalq Cinayət Məhkəməsinin ölkənin xarici təhlükəsizliyini təmin etmək imkanlarından istifadə etməyə imkan verəcək. Bu qərar Ermənistanın maraqlarına əsaslanır və ölkənin suveren hüququdur”.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 17 mart 2023-cü ildə Rusiya lideri Vladimir Putinin həbsi barədə qərar çıxarıb. Roma Statutunun ratifikasiya edilməsi Putinin Ermənistana səfər edəcəyi halda həbsini qanuniləşdirir.