Şuşanyan saxlanıldı
Hüquq müdafiəçisi Muşeq Şuşanyan saxlanılıb.
Demedia.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda vəkil Muşeq Şuşanyan saxlanılıb.
O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsdə çağırışda təqsirləndirilir.
“Cinayət prosesində şəxsiyyəti və ləyaqəti nəzərə alınmadan onun barəsində ən ağır tənbeh tədbiri seçilib. Cəza kimi tətbiq edilən həbs-qətimkan tədbirinin tətbiqini pisləyirik. Biz Muşeq Şuşanyanın dərhal azad edilməsini tələb edirik, lazım gələrsə, hər birimiz Muşeqin düzgün davranışına zəmanət verməyə hazırıq”, - "Helsinki Assosiasiyası" ictimai birliyi bəyanat yayıb.