ATU-nun professoru vəfat etdi
Azərbaycan Tibb Universitetinin (ATU) professoru, həkim-pediatr Nərgiz Hüseynova dünyasını dəyişib.
Demedia.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
N.Hüseynova kəskin ürək çatışmazlığından 79 yaşında vəfat edib.
Qeyd edək ki, o, ATU-nun Yoluxucu xəstəliklər kafedrasında çalışıb.