Erməni aktrisadan etiraf: Bu səhvimizə görə hər şeyi itirdik



 18:00 06.10.2023     309

“Bu gün prosesə əngəl törədən bütün şəxsiyyətlər həbsdədir: Xaçaturov (Tavuşu saxlayırdı), Aşotyan (öz bilik və faktları ilə məsələni çətinləşdirirdi), Malya (xarici maliyyə və əlaqələri ifşa edib), Levon (yeni, gənc əks-qüvvələri təmsil edirdi)”.

Demedia.az xəbər verir ki, bunu erməni aktrisa Qayane Aslamazyan deyib.

Onun sözlərinə görə, bu siyahını uzatmaq mümkündür.

Erməni əsirlər mövzusuna toxunan Aslamazyan qeyd edib ki, Paşinyan hakimiyyəti əksini iddia etsə də, onların siyahısı da genişlənib.

“Biz hər şeyi onun göstərişi ilə küçədə dayanmağa və onun göstərişi ilə alqışlamağa hazır olduğumuz zaman itirdik”, – o bildirib.