Mənim müxalifətçiliyimə nə ehtiyac var? - Tahir Kərimli



 17:41 17.10.2023     331

Mənim partiyamın müxalifətçiliyinə nə ehtiyac var? Biz cənab Prezidentin yanında olmalıyıq, nəinki qarşısında.

Demedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

O qeyd edib ki, torpaqlarımızı işğaldan azad edib Azərbaycanın ərazi bütövlüyünü, ölkənin suverenliyini bərpa edən, bütün islam dünyasının lideri olan Prezident İlham Əliyevə qarşı çıxmağa haqqı yoxdur:

“Axı, bu, hamımızın istəyi və arzusu olub! Belə bir problemləri həll edən liderə qarşı necə müxalif mövqedə olmaq olar?”

Deputat deyib ki, bizim bundan sonra əsas vəzifəmiz Prezidentin yanında olmaqdır:

“Müxalifətin mübarizəsi nifrət üzərində qurulub. Mən onları sevgiyə, birliyə, həmrəyliyə çağırıram”.