Skakov: Bakı imkan verməyəcək, bu mövzu bitdi - Video
Sərhədlərin delimitasiyası məsələsində Ermənistan sırf özlərinin xəritələrinə istinad edir və bununla da həm Rusiya, həm də Azərbaycan üçün problemlər yaradır.
Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur rusiyalı politoloq Aleksandr Skakov Ermənistan mətbuatına müsahibəsində deyib.
“Azərbaycan Ermənistana qarşı yürütdüyü siyasəti ilə yeni kozırlar əldə etməyə davam edir. Bu kozırlar Bakıya bütün istiqamətlərdə üstünlük verir. Əgər Bakı öz kozırlarına güvənirsə, İrəvan yalnız hiylələrə əl atır.
Bakını hazırda Ermənistan-Rusiya-Azərbaycan arasında əldə olunan razılığa riayət olunması düşündürür. İrəvan isə görünür, bu prossesdən çox da razı deyil. Aydındır ki, bu, Ermənistanın mövqelərinin total məğlubiyyətdən sonra tam olaraq zəifləməsindən irəli gəlir.
İrəvanın Qərbi bu regiona cəlb etmək istəyinə gəldikdə isə, deyə bilərəm ki, Azərbaycan Minsk Qrupunun danışıqlar prosesinə müdaxilə etmək imkanını qəbul etmir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə müharibədən sonrakı səfərini xatırlayın. O zaman Azərbaycan tərəfi onları heç də böyük ruh yüksəkliyi ilə qəbul etmədi. Bunun nəticəsi kimi Minsk Qrupunun fəaliyyəti dayandırıldı. Artıq əminliklə demək olar ki, Minsk Qrupu bu regiona girə bilməyəcək, çünki bunun üçün bütün tərəflərin razılığı lazımdır”, - deyə ekspert qeyd edib.