Ərdoğan Xəzər qazının Avropa üçün dəyərindən danışdı



 12:20 03.11.2023     351

Meqa enerji və nəqliyyat infrastrukturu layihələri həmişə türk dövlətləri arasında əsas və mühüm əməkdaşlıq sahəsi olub.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.

"Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri və Trans Anadolu boru kəməri bunun bariz nümunəsidir. Xəzər dənizi təbii qazının Türkiyə və Avropaya nəqli həm türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək ", - Ərdoğan bildirib.