Nazir: "Beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırışların şahidi olmadıq"
“Bütün faktlara, göstərilən sübutlara baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq”.
Demedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında "Report"un sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, ağrılı məqam ondan ibarətdir ki, ərazilərimizin minalanması məsələsini Azərbaycan dövləti daimi olaraq qaldırıb: “Bu faktlar aşkar edilirdi. Laçın yolu üzərində Azərbaycanın tam nəzarəti bərpa edilməyənə kimi Ermənistan bu hərbi cinayətləri intensiv şəkildə davam etdirib. Bunun ağrılı nəticələrinin qarşısının alınması üçün illər çəkəcək. Bütün faktlara, göstərilən faktlara baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq. Bunun nəyə görə belə olması bəlli suallar doğurur”.