Xankəndi paradına Kərim Vəliyev komandanlıq etdi - FOTO



 14:15 08.11.2023     288

Xankəndi şəhərində keçirilən Zəfər paradına müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edib.

Demedia.az xəbər verir ki, əvvəlcə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları meydana gətirilib.

Sonra Vətən müharibəsində və antiterror tədbirlərində əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan hərbi qulluqçular tribunanın önündən keçiblər.