Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə o, "X" sosial şəbəkədəki hesabında paylaşım edib.
Nazir bildirib ki, 9 noyabr tarixində şanlı və müzəffər dövlətimizin rəmzi olan üçrəngli Dövlət Bayrağımızın qəbul edilməsindən 105 il ötür.