Son üç həftədə ABŞ və koalisiya qüvvələri 46 dəfə hücuma məruz qalıb
ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə Amerika hərbçilərinə qarşı hücumlar barədə məlumatı yeniləyib.
"Report"un məlumatına görə, ABŞ və koalisiya qüvvələri oktyabrın 17-dən bəri ən azı 46 dəfə, o cümlədən 24 İraqda və 22 dəfə Suriyada kamikadze pilotsuz uçan aparatlar və raketlərdən istifadə etməklə hücuma məruz qalıb.
Pentaqon əlavə edib ki, bu hücumlar nəticəsində ümumilikdə 56 nəfər yaralanıb.