İrandan gərginliyi artıracaq açıqlama: "Hər kəs öz tərəfini seçsin!"
İsrail və Fələstin arasında gərginlik davam edərkən, İrandan diqqətçəkən bir açıqlama gəlib.
Demedia.az xarici mənbəyə istinadən xəbər verir ki, İran prezidenti Rəisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında çıxış edib.
Rəisi "Bu gün İslam dünyasının ən mühüm məsələlərindən biri ilə bağlı tarixi bir qərar vermək üçün bir araya gəldik. Bu gün hərəkətə keçmək günüdür. Bu gün Məscidül-Əqsanı müdafiə etmək günüdür"ifadələrini səsləndirib.
"Bu gün hər kəs öz tərəfini seçməlidir. Qəzzaya haqqında artıq danışmaq yox, hərəkət lazımdır" deyə Rəisi fikirlərini tamamlayıb.