Zöhrabyan Şuşadan eksponat oğurlandığını etiraf etdi
Şuşa muzeyindən eksponatlar şəhər Azərbaycan Ordusunun nəzarətinə keçməzdən bir neçə gün öncə buradan daşınıb.
Nexeber.az xəbər verir ki, bu informasiyanı Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan paylaşıb.
O, bu eksponatların noyabrın 1-də İrəvan Tarix Muzeyi və Milli Qalereyasına aparıldığını bildirib.
Deputat Şuşadan 160 xalça, 30 gil qab və 50 rəsmin götürüldüyünü etiraf edib.