Lavrovdan Maas və Driana: Bu, Bakının razılığı ilə mümkündür



 10:07 08.06.2021     361

Rusiya xarici işlər naziri Sergey Lavrovla almaniyalı həmkarı Hayko Maas və fransalı həmkarı Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

XİN başçıları Ukrayna böhranı ilə əlaqədar Minsk razılaşmasından danışıblar. Həmçinin, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti və üç ölkə rəhbərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsi məsələlərini müzakirə ediblər.

Atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb. Nazirlər ATƏT-in Minsk Qrupunun Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesindəki rolundan danışıblar.

Rusiya tərəfi bildirib ki, beynəlxalq təşkilatların hər hansı birinin iştirakı yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.