Ermənistanda təbliğatla mübarizə fondu yaradılıb



 18:30 03.12.2023     222

Ermənistanda əsas vəzifəsi regional təbliğatla mübarizə olacaq fond yaranıb. Elmi faktları axtarıb əsaslandıracaq.
Ermənistanda təbliğata qarşı mübarizə məqsədilə Qeqard elmi-analitik fondu yaradılıb. Bu barədə yerli KİV məlumat yayıb.


Qəyyumlar Şurasının sədri respublika Elmlər Akademiyasının prezidenti vəzifəsini tutan Aşot Saqyan olub.

Demedia.az xəbər verir ki,  fondun məqsədləri yeni tədqiqat platformasının formalaşdırılması, tədqiqatların keyfiyyətinin yüksəldilməsi, universitetlərdə və elmi təşkilatlarda elmi-analitik işin təşviqi olacaq.

Fond Cənubi Qafqazın tarixi ilə bağlı təhrif olunmuş məlumatlara qarşı çıxacaq elmi faktları axtarıb əsaslandıracaq.

Fondun ermənişünaslıq və sosial elmlər sahəsində mütəxəssisləri birləşdirə bilməsi də planlaşdırılır.