Prezident seçkilərində ermənilər iştirak edə biləcək? - AÇIQLAMA



 13:22 08.12.2023     297

"2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla bağlı, Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu seçki həm də tarixi bir seçki olacaq. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Söhbət işğaldan azad edilən Qarabağdan gedir".

Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev deyib. Onun sözlərinə görə, lokal antiterror tədbirləri sonrası Qarabağ ermənilərin böyük əksəriyyəti öz istəyi ilə Azərbaycanı tərk edib:

"Qalan bir qrup erməni isə Azərbaycan vətəndaşlığını qəbul edərək əvvəlki kimi ərazidə yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır və bütün vətəndaşlar kimi onlarında seçilmək seçmək hüququ var. Ümumilikdə ermənilərin seçkilərdə iştirakında qeyri-adi heçnə yoxdur. Qarabağ işğalda olarkən də Azərbaycanda ermənilər yaşayırdı. Sadəcə bu seçkilərdə Qarabağda yaşayan və yeni vətəndaşlıq almış ermənilərdə iştirak edəcək. Bu bir daha Azərbaycanın heç bir etnik azınlığa qarşı ayrıseçkilik etmədiyini əksinə onlara konstitusiyamızda göstərilən hüquqların verildiyini sübut edir. Azərbaycan qanunlarla idarə edilir və bütün etniklər bu qanunlar qarşısında bərabərdir. Azərbaycan vətəndaşlığını qəbul edib qanunlarımızı qəbul etdikdən sonra hər kəs seçkidə iştirakda edə bilər və digər hüquqlardan yararlanada bilər".