Prezident seçkiləri ilə bağlı MSK-da iclas keçirildi
Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilir.
Demedia.az xəbər verir ki, komissiya sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 4 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;
2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;
3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;
4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
xxx
Bu gün növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
Demedia.az xəbər verir ki, toplantı saat 16:00-da başlayacaq.