YAP-ın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq



 10:50 12.12.2023     426

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.

Demedia.az xəbər verir ki, T.Budaqov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) iclası keçiriləcək.

Onun sözlərinə görə, iclasda Prezidentliyə namizəd irəli sürüləcək: "2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, Prezidentliyə nazmizədliyin irəli sürülməsi səlahiyyəti idarə heyətinə verilib.