Heydər Əliyev Sarayında dəyişikliklər olacaq
Heydər Əliyev Sarayında dəyişikliklər olacaq.
Demedia.az verir ki, bunu report-a açıqlamasında Sarayın direktoru İlham Qasımov deyib.
Saraya yeni təyin olunan direktorun sözlərinə görə, iki həftəyə yaxındır iş başındadır:
"Təbii ki, müəyyən planlar var və onları həyata keçirəcəyik. Düşünmürəm ki, yaxın 3 ayda nəsə eşidəcəyik, ancaq yaza doğru xəbərlər olacaq".
Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.