Rusiya və İran yeni saziş hazırlayır - XİN-dən açıqlama



 15:30 12.12.2023     323

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ikitərəfli saziş üzərində işlərin sürətlə getdiyini açıqlayıblar.

Demedia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Telefon danışığı zamanı Lavrov iranlı həmkarı ilə hərtərəfli yeni dövlətlərarası sazişin hazırlanmasını müzakirə edib. XİN-dən verilən məlumata görə, saziş yüksək hazırlıq səviyyəsindədir.

Tərəflər həmçinin dekabrın 7-də Moskvada Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi arasında keçirilmiş geniş danışıqların nəticələrini və ikitərəfli əməkdaşlığın digər aktual məsələlərini də müzakirə ediblər.