Ərdoğan Macarıstan Prezidenti ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, qlobal və regional problemlər və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
Ərdoğan Budapeşt səfərindən sonra ölkələr arasında münasibətlərin daha da dərinləşəcəyinə inandığını söyləyib.