Su mənbələrinin xəritəsi hazırlanır – İlham Əliyev



 21:35 14.06.2021     456

Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır.

Nexeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olarkən deyib.

“Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır”, - İlham Əliyev bildirib.