Rusiya XİN: “Brüssel heç vaxt Bakı ilə İrəvan arasında..."



 20:02 20.12.2023     440

Brüssel heç vaxt Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olmayıb.

Demedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Qərbin əsas məqsədi və vəzifəsi Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və normallaşdırılması deyil və bununla anti-Rusiya mövqeyi tutmağa cəhd edilir: “Bunun regionda uzunmüddətli böhranın həlli ilə heç bir əlaqəsi yoxdur. Çox güman ki, bu, yeni anti-Rusiya mövqeyi tutmaq, ölkəmizə yaxın bir yerdə bu mövqedə möhkəmlənmək və Rusiyanın iştirakı ilə əldə edilən müsbət, konstruktiv və effektiv məsələlərin həyata keçirilməsinə mane olmaq istəyi ilə bağlıdır”.