Bunu heç kim bacarmazdı, yalnız Heydər Əliyev…



 15:21 15.06.2021     540

Heydər Əliyev dünyanın Azərbaycandan üz çevirdiyi bir zamanda yüksək diplomatik və siyasi bacarığı ilə ölkəmizi xilas etdi.

Nexeber.az Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Milli Qurtuluş Günü haqda danışarkən deyib.

Q.Hüseynli qeyd edib ki, dövrün hakimiyyətinin zəif iradəli olması, proseslərdən konstruktiv çıxış yolu tapa bilməməsi, ən əsası da daxildəki sapı özümüzdən olan baltaların şəxsi maraqlarını dövlət maraqlarından daha ön planda tutması Azərbaycanı süqutdan daha ağır bir vəziyyətə, yəni parçalanmaq, vətəndaş müharibəsi ərəfəsinə gətirmişdi:

“Heydər Əliyev hakimiyyətə ölkənin xilas edilməsi üçün dəvət edildi. Heydər Əliyev Azərbaycan xalqının son 100 ildə yetişdirdiyi nadir şəxslərdən idi. Heç kim dövlətin, xalqın düçar olduğu bu qədər problemin öhdəsindən gələ bilməzdi, yalnız Heydər Əliyevdən başqa”.

Politoloq vurğulayıb ki, Heydər Əliyev fitri zəkası, böyük və geniş siyasi dünyagörüşü və fövqəladə diplomatik bacarığı sayəsində dövlətimizi bataqlıqdan çıxartdı.