Gerasimov: "Moskva Bakı ilə İrəvan arasında..."
Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üzərində işləyir.
Demedia.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
O bildirib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, həmçinin Ermənistanla Azərbaycan arasında ziddiyyətlərin həlli üçün çalışır: “Rusiya hərbi kontingenti Qarabağda tapşırıqları yerinə yetirməyə davam edir. Lakin vəziyyət gərgin olaraq qalır. Buna baxmayaraq, sabitləşmə prosesində davamlı tendensiya var”.