İsrail əsgərləri Netanyahu ilə görüşməkdən imtina ediblər
İsrail ictimaiyyəti arasında baş nazir Benyamin Netanyahuya qarşı etirazlar davam edir. Qəzzaya hücumlar zamanı yaralanan bəzi əsgərlər Təl-Əviv yaxınlığındakı Şeba Sağlamlıq Mərkəzini ziyarət edən Baş nazir Netanyahu ilə görüşməkdən imtina ediblər.
Demedia.az İsrailin Kanal 13 televiziyasına istinadən xəbər verir ki, Netanyahu Qəzza zolağında yaralanan əsgərlərlə görüşmək üçün reabilitasiya şöbəsini ziyarət etməyə gedib.
Yaralılardan bəziləri Netanyahu ilə görüşməkdən imtina edib.
Netanyahu ilə görüşməyə razılıq verən yaralıları departamentin ayrı və təcrid olunmuş hissəsində toplayıblar.
Netanyahu daha əvvəl Qəzza zolağının sərhədindəki hərbi bazaya səfəri zamanı bir əsgərin etirazına məruz qalmışdı.