Taleh Kazımova müşavir təyin edildi



 09:07 22.12.2023     326

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə yeni müşavir təyin edilib.

Bu barədə Demedia.az-a  AMB-dən bildirilib.

Bildirilib ki, Rəşad Məsim oğlu Məmmədov Mərkəzi Bankın sədrinin yeni müşaviri təyin edilib.

Qeyd edək ki, R.Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 2001-ci ilin oktyabr ayından “Most-Bank Azərbaycan” BSKB-nın Maliyyə departamentində mütəxəssis vəzifəsi ilə başlayıb. 2003-2005-ci illərdə “Bank Standard” QSC-də, 2005-ci ilin noyabr ayından fəaliyyətini “Turanbank” ASC-də, 2009-2010-cu illərdə “Rabitəbank” ASC-də, 2015-2017-ci illərdə “Paşa Bank” ASC-də çalışıb.

Ailəlidir, iki övladı var.