Qərbi azərbaycanlıların siyahıyaalınması yekunlaşıb
Qərbi Azərbaycandan olan soydaşlarımızın siyahıyaalınma prosesi artıq yekunlaşıb.
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 250 mindən çox şəxsin adı olan siyahı təqdim edilib:
"Yaxın zamanda bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək".