Sinoptiklər xəbərdarlıq etdi: Qar, yağış, külək...
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.
Xidmətdən Demedia.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə qərb, şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyə, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntılı olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyə, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Dekabrın 28-i səhərdən 29-u səhərədək isə əsasən şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.