Əli Əsədov rusiyalı həmkarı ilə ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
Rusiyanın Baş naziri Mixail Mişustin ilə azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı olub.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini nəzərdən keçiriblər: “Sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirilib”.
Hökumət başçıları MDB-də və digər çoxtərəfli formatlarda birgə işi də müzakirə ediblər.