Molla rejimi Cənubi Azərbaycanda 4 nəfəri edam etdi



 16:50 29.12.2023     316

İran hakimiyyəti İsraillə əlaqəli təxribat qrupunun on üzvündən dördünə qarşı ölüm hökmünü icra edib.

Demedia.az xəbər verir ki, bu barədə ISNA agentliyi Qərbi Azərbaycan əyalətinin məhkəməsinin bəyanatına istinadən məlumat yayıb.

“İsrail kəşfiyyat xidməti “Mossad” zabitlərinin rəhbərliyi altında öz əməlləri ilə ölkənin təhlükəsizliyini pozmağa cəhd edən sionist rejimlə əlaqəli təxribat qrupunun dörd üzvü bu gün səhər edam edilib”, - aentlik məhkəmənin bəyanatına istinadən məlumat yayıb.

Oktyabrın 24-də İranın Qərbi Azərbaycan vilayətinin baş hakimi Nasir Atabati İran kəşfiyyatçılarının 10 nəfərdən ibarət qrupu saxladığını bildirib. Tehranın fikrincə, onların əsas vəzifəsi İran xüsusi xidmət orqanlarının və silahlı qüvvələrinin İsrail istiqamətində fəaliyyət göstərən üzvlərini müəyyən etmək olub. Onların “Mossad” zabitləri ilə birbaşa video əlaqə saxladıqları iddia edilir.