Bayram günlərində təcili yardım gücləndirilmiş rejimdə işləyəcək



 10:19 30.12.2023     320

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Demedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Bakı şəhərində 150 civarında təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətdə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman preparatları və s. ilə tam təmin edilib.

Yeni il ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Məsul şəxslər tərəfindən təcili tibbi yardım xidmətinin fəaliyyəti ilə nəzarət tədbirləri tətbiq olunacaq.

Məlumat üçün bildirək ki, peyvənd məntəqələri bayram günlərində fəaliyyət göstəriləcək.