Milli Məclis İlham Əliyev və birinci xanımı təbrik etdi
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Demedia.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlametin payız sessiyasının bugünkü iclasında bildirib.
Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.
Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.