Arutyunyan yenə Şoyquya zəng etdi
Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə telefonda danışıb.
Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, tərəflər arasında əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan sərhədindəki situasiya olub.
Nazirlər həmçinin Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin Zəngəzur (Sünik) və Geqarkunik bölgələrindəki hissələrinin Ermənistan ordusu ilə birgə yerləşməsini də müzakirə ediblər.