Ərdoğan: “Xarici qüvvələr Türkiyədə turizmə zərbə vurmağa çalışır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici qüvvələrin respublikada turizm sektorunu sarsıtmaq üçün kampaniya aparmağa çalışdığını bildirib.
O, bunu Türkiyə İxracatçılar Birliyinin tədbirində çıxışı zamanı deyib.
“Ölkəmiz üçün ən mühüm gəlir mənbələrindən biri olan turizmə xələl gətirmək üçün xarici qüvvələr kampaniya aparırlar. İndi də idman mövzusundan istifadə edərək müxalifət partiyalarının köməyi ilə oxşar dalğa yaratmağa çalışırlar. İnsanlar, cəmiyyətlər, inanclar və ölkələr nifrət ritorikasının hədəfinə çevrilir. İslama qarşı düşmənçilik və ksenofobiya tendensiyası ilə üzləşmişik. Biz bunu heç vaxt qəbul etməyəcəyik”, - Türkiyə lideri bəyan edib.