Prezident İsmayıl Hacıyevi təltif etdi
Prezident İlham Əliyev İ.M.Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Nexeber.az xəbər verir ki, sərəncamla İsmayıl Muxtar oğlu Hacıyev Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, 21 yanvar 1951-ci ildə Culfa rayonunda anadan olan İsmayıl Hacıyev AMEA-nın həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professordur.