Həlak olan hərbçi ilə Gəncədə vida mərasimi keçirilir - FOTO
Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir.
Demedia.az xəbər verir ki, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər.
Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq.
***
Dünən Laçın rayonunda yol qəzası zamanı həlak olan iki hərbiçimizdən biri Həsən İsmayılov bu gün Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
Demedia.az xəbər verir ki, hazırda onun yaşadığı evin qarşısında yas çadırı qurulub, dəfinə hazırlıq işləri aparılır.
Hərbiçimizin dəfnində şəhər rəsmiləri, qazilər, şəhid ailələrinin də iştirakı gözlənilir.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
28 yaşlı Həsən İsmayılovun bir qızı və bir oğulu yadigar qaldı.