İrəvanda seçki nəticəsinin Bakıya təsiri - Millət vəkili



 14:29 21.06.2021     475

Erməni xalqı növbədənkənar parlament seçkilərində sülh istədiyini bəyan etdi. Onlar müharibədən artıq yorulublar, beziblər. Belə qənaətə gəlmək olur ki, Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri də sülhün lehinə səs veriblər.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın parlament seçkilərində qalib gəlməsi haqda danışarkən deyib.

E.Nəsirov Ermənistanda başa çatmış növbədənkənar parlament seçkilərinin nəticələrinin Azərbaycana təsiri haqda danışıb:

“Birincisi, artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.

İkincisi, Zəngəzur dəhlizinin işə salınması real məzmun kəsb edə bilər. Nikol Paşinyan bu məsələdə mövqeyini bildirmişdi, lehinə olduğunu demişdi. İndi isə bütün bunları reallaşdırmaq və prinsipial mövqe ortaya qoymaq üçün unikal şərait yaranıb.

Üçüncüsü isə Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim edəcəyini hesab edirəm. Çünki bunun alternativi yoxdur. Əks halda, əməkdaşlıq mühitindən söhbət gedə bilməz.

Nəhayət, Nikol Paşinyanın Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdikləri “altılıq platforması”na qoşulması labüd ola bilər”.http://nexeber.az