Azərbaycana qarşı döyüşmüş Monaxı İrəvan həbs etdi



 14:00 24.06.2021     526

Ermənistanda “Monax” ləqəbli keçmiş hərbçi Artur Ayvazyan həbs edilib.

Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

Qeyd edək ki, Ayvazyan I Qarabağ müharibəsinin iştirakçısıdır. O, müxtəlif kriminal hadisələrdə iştirak edib. 1999-cu ildə parlament teraktının şahidlərindən birini öldürməkdə ittiham edilərək 15 il həbs cəzasına məhkum edilsə də, sonradan vaxtında əvvəl azadlığa buraxılmışdı.

Ayvazyan, həmçinin dəfələrlə Paşinyanın tərəfdarlarına hücumlarda iştirak edib.