Mişel Zurabişvili və Qaribaşvili ilə görüşdü: Təhlükəsizlik...



 16:41 19.07.2021     677

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Batumidə Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.

Axar.az xəbər verir ki, hər iki görüşdə Gürcüstan ilə Avropa İttifaqı arasında münasibətlər, Gürcüstanın Avroatlantik məkana inteqrasiyası, Gürcüstanda demokratik təsisatların və insan hüquqlarının müdafiəsinin vəziyyəti diqqət mərkəzində olub.

Görüşlərdə Qara dəniz və Cənubi Qafqaz regionlarında təhlükəsizlik məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin tam təmin olunmasının vacibliyi qeyd edilib.

Bildirilib ki, Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülh regionun inkişafını təmin edəcək.

Qeyd edək ki, Şarl Mişel Gürcüstana səfəri çərçivəsində Batumidə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelinski və Moldova Prezidenti Maya Sandu ilə görüşəcək.

Onun, eyni zamanda, “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı XVII Batumi beynəlxalq konfransında çıxışı da nəzərdə tutulub.