Azərbaycanda qeydə alınan intihar hallarının sayı açıqlandı
Keçən il Azərbaycanda 620 intihar hadisəsi qeydə alınıb.
Demedia.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2022-ci ildə bu rəqəm 609 olub.
K.Əliyev qeyd edib ki, ötən il qeydə alınan intihar hallarının 180-i Bakı şəhərində, 440-ı isə rayonlarda baş verib.