Bu, AŞPA-nın ölkəmizə qarşı mövqeyinə cavab idi - Qafarova



 12:01 01.02.2024     297

Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb. Bu da qurumun ölkəmizə qarşı mövqeyinə siyasi cavab idi.

Demedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi ortadadır. Bu qurum Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin bərpasını heç cür qəbul edə bilmir.

Spiker bildirib ki, Parlament Assambleyasının nüfuzuna zərbə vuran son hadisə təşkilatın demokratiyadan tamamilə uzaq olduğunu təsdiqləyir:

“Azərbaycan bütün bunlara baxmayaraq özünün demokratik siyasi xəttdə inkişafını təmin edir”.