Paşinyan Qazaxıstana çatıb - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana çatıb.
Demedia.az xəbər verir ki, Paşinyan fevralın 2-də Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasına, Avrasiya İqtisadi Birliyinin Baş nazirlər toplantısına sədrlik edəcək.
Onu Qazaxıstanın Baş naziri Əlixan Smailov qarşılayıb.
Ermənistan 2024-cü ildə Avrasiya İqtisadi Birliyinə sədrlik edir.