Azərbaycan Avropa Şurası və Avropa Məhkəməsindən çıxmaq məsələsinə baxır
Azərbaycan tərəfi Avropa Şurası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən çıxmaq məsələsinə baxır.
Bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, Avropa Şurası Parlament Assambleyası ilin sonunadək Azərbaycana qarşı ədalətli mövqe ortaya qoymasa, rəsmi Bakı bu iki qurumdan çıxmaq barədə qərar qəbul edə və addımlar ata bilər.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər yanvarın 24-də AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. Parlament Assambleyasında mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib./Report.az