Şarl Mişel İlham Əliyevi təbrik etdi
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Demedia.az xəbər verir ki, bunu Ş.Mişel "X" hesabında yazıb:
“Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı üçün ən xoş arzularımı bildirdim”.
O vurğulayıb ki, danışıq çərçivəsində əlaqə və enerji məsələləri daxil olmaqla Ermənistan-Azərbaycan münasibətləri və əməkdaşlığı müzakirə olunub:
“Ermənistan-Azərbaycan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı”.